İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putindən QORXUNC XƏBƏRDARLIQ - Hamısı məhv ediləcək!

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya göndərəcəyini vəd etdiyi qabaqcıl hava hücumundan müdafiə sistemi “Patriot”ları məhv edəcəklərini bildirib.

Musavat.com xəbər verir ki, Putin dövlət televiziyasına müsahibəsində Qərbi Rusiyanı parçalamaq cəhdində ittiham edib.

“Düşmənlərimiz tarixi Rusiyanı parçalamağa yönəlmiş siyasət yürüdürlər. Onlar həmişə “parçala, hökm sür” siyasətini həyata keçirməyə çalışıblar. Bizim məqsədimiz rus xalqını birləşdirməkdir" - Rusiya lideri deyib.

Sülh danışıqlarına hazır olduqlarını deyən Putin danışıqlardan yayınan tərəfin Qərb olduğunu iddia edib: “Biz hamı ilə məqbul həll yolları haqqında danışıqlar aparmağa hazırıq, lakin bu onlardan asılıdır, danışıqlardan imtina edən biz deyilik”.

63a8e63d4e3fe111b4827403.jpg (70 KB)

ABŞ prezidenti Co Baydenin Ukrayna prezidenti Volodimir Zelenskiyə “Patriot” vəd etməsi məsələsinə toxunan Putin vurğulayıb ki, Rusiya bütün "Patriot" hava hücumundan müdafiə sistemlərini 100 faiz məhv edəcək.

Qeyd edək ki, Rusiya qüvvələri Milad ərəfəsində Xersonu hədəfə alıb. Noyabrda Ukraynanın geri aldığı şəhərə hücumlar nəticəsində azı 7 nəfər ölüb, 58 nəfər yaralanıb. Hücumlardan danışan Ukrayna lideri Rusiyanı “həzz üçün öldürməkdə” ittiham edib.

“Dünya bizim hansı şərlə mübarizə apardığımızı görməli və anlamalıdır”, - Zelenski bildirib.

Təxminən iki aydır Ukraynanın elektrik və su sistemləri Rusiyanın hücumlarına məruz qaldığı üçün ölkənin böyük bir hissəsi istilik və elektrik enerjisi çatışmazlığından əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatı (BMT) infrastrukturu hədəf alan hücumların ukraynalıları qış şəraitində böyük çətinlik qarşısında qoyduğu barədə xəbərdarlıq edib və Rusiya qüvvələrinin hərbi cinayətlərini pisləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR