İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putin "Qiyamət silahı"nı İŞƏ SALIR - Bu ölkələrə ŞOK TƏHDİD

Fransa, İngiltərə və Almaniyanın Ukraynaya ağır silah və tanklar göndərmə qərarını "qırmızı xətti keçmək" kimi qəbul edən Rusiya “Qiyamət silahı” adlandırılan Belqorod nüvə sualtı qayığına yerləşdiriləcək "Poseydon" torpedaları üçün ilk nüvə başlığının istehsal edildiyini açıqlayıb.

Musavat.com bu barədə "TASS"a istinadən xəbər verir.

Həm ABŞ, həm də Rusiya hərbi rəsmilərinin açıqlamalarına görə, "Poseydon" yaratdığı radioaktiv sunami ilə bütün sahil xəttini məhv edə bilər.

"Rossiya 1" dövlət kanalında "Poseydon"un tanıdıldığı proqrama qatılan, istefada olan general Andrey Qurulev Ukraynaya tank göndərən Böyük Britaniya və Almaniyanın qırmızı xəttin keçdiyini iddia edərək bu ölkələri təhdid edib.

63c551927152d8509078ac37.jpg (31 KB)

İngiltərəni "lovğalıqda" günahlandıran Qurulev ölkəsinin Londonu nüvə silahı olmadan da xəritədən silə biləcəyini deyib.

Qeyd edək ki, təxminən 185 metr uzunluğunda olan və nüvə enerjisi ilə işləyən sualtı qayıq nüvə başlıqlı "Poseydon" torpedosu ilə təchiz edilib və böyük ərazidə həyatı məhv etmək qabiliyyətinə malik radioaktiv sunami yaratmaq gücünə malikdir. Həmçinin Nyu-York, Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir. "Belqorod" sualtı qayığının göyərtəsində səkkizə qədər belə raket var.

Sualtı qayığın hər biri iki milyon ton trotil ekvivalentinə bərabər olan altı nüvə silahlı torpedo ilə təchiz olunduğu da güman edilir.

Başqa sözlə, sualtı qayıqda İkinci Dünya müharibəsi zamanı Xirosimaya atılan atom bombasından 130 dəfə çox ölümcül silahlar var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR