İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Müharibənin ƏN DƏHŞƏTLİ anı - Ukrayna geri çəkilir, Rusiya isə...

Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar aparmaq üçün dünən Polşanın paytaxtı Varşavaya gəlib.

Musavat.com xəbər verir ki, Zelenski Polşa prezidenti Anjey Duda tərəfindən Prezident sarayında rəsmi mərasimlə qarşılanıb.

Zelenskiyə iki ölkə arasında münasibətlərin dərinləşməsinə verdiyi töhfələrə, təhlükəsizlik sahəsində fəaliyyətinə və insan hüquqlarının müdafiəsi əzminə görə prezident Anjey Duda tərəfindən ölkənin ən yüksək ordeni olan Ağ Qartal ordeni (Bialeqo Orla) təqdim edilib.

Duda və Zelenskinin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş başlayıb. Danışıqlar zamanı təhlükəsizlik, iqtisadi əməkdaşlıq, iki ölkənin ortaq keçmişi ilə bağlı tarixi problemlər, o cümlədən Ukraynanın Polşadan hərbi texnika alması, Polşa şirkətlərinin Ukraynanın yenidən qurulmasına cəlb edilməsi, Ukrayna taxılının Polşa vasitəsilə Afrika və Yaxın Şərqə ixracı müzakirə edilib.

Danışıqlardan sonra iki dövlət başçısı kameralar qarşısına keçib. Anjey Duda ölkəsinin Ukraynaya dəstək verən ölkələr arasında ABŞ və İngiltərədən sonra 3-cü yerdə olduğunu söyləyib. Polşa ordusunun inventarında olan MiQ-29 döyüş təyyarələrindən 8-ni Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiklərini ifadə edən Polşa prezidenti ən qısa zamanda daha 6 ədəd MiQ-29 təyyarəsini Ukraynaya təslim edəcəklərini açıqlayıb. Sahib olduqları digər MiQ-29 təyyarələrini Baltik Hava Polisi missiyasında istifadə etdiklərini, ABŞ və Cənubi Koreyaya sifariş verdikləri döyüş təyyarələrinin gəlməsi ilə bu təyyarələri Ukraynaya verməyə hazır olduqlarını ifadə edən Anjey Duda deyib ki, bunun üçün NATO və ABŞ-ın razılığı lazımdır, çünki bu təyyarələr ABŞ şirkətlərinin materialları ilə modernləşdirilib.

Zelenski isə Polşa xalqına müharibənin əvvəlindən bəri onlara göstərdikləri qardaşlıq, dostluq və dəstəyə görə təşəkkür edib.

O, Ukraynanın süqutunun azad dünyanın süqutu demək olacağını bildirib. Varşavada olduğu müddətdə Ukrayna cəbhələrində çox sayda insanın həyatını itirdiyini bildirən Zelenski silah dəstəyinin davam etdirilməsinin onlar üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

O, hazırda ən çətin vəziyyətin Baxmutda yaşandığını bildirib: "Demək olar ki, hər gün gülləmiz tükənir. Bir gün irəliləyiş əldə etsək, ertəsi gün gülləmiz bitdiyi üçün geri çəkilirik. Bu bizim üçün vacibdir. Orada döyüşən insanlarımızın həyatını riskə atmamaq üçün güllələrimiz bitəndə geri çəkilməliyik. Bu, demək olar ki, hər gün baş verir. Nə qədər çox silah və sursat dəstəyi alsaq, ölkəmizi bir o qədər uzun və daha yaxşı müdafiə edəcəyik".

Qeyd edək ki, bu, genişmiqyaslı müharibə başlayandan bəri Zelenskinin Polşaya ilk rəsmi səfəridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR