İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Kim Çen Inın bacısından ŞOK TƏHDİD - Bunun əvəzini ödəyəcəksiniz!

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Şimali Koreyanın ballistik raket sınaqlarına qarşı birgə hava təlimləri keçirən ABŞ və Cənubi Koreyanı təhdid edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Şimali Koreyanın rəsmi xəbər agentliyi olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.

Kim Yo-jonq bildirib ki, əgər iki ölkə birgə hərbi təlimləri dayandırmasa, Şimali Koreya daha çox raket sınağı həyata keçirəcək.

"Sakit okeandan atış poliqonumuz kimi istifadə tezliyi ABŞ ordusunun fəaliyyəti ilə müəyyən ediləcək" - o bildirib.

Şimali Koreyanın daha çox ballistik raket atmağa hazır olduğunu deyən Kim bildirib ki, ABŞ ordusunun Koreya yarımadasındakı təlimləri təhdid kimi qəbul edilərsə, ölkəsi də buna bənzər tədbirlər görəcək.

752x395-kuzey-koreden-tehdit-bedelini-odersiniz-1676899378241.jpg (55 KB)

"Bölgədə gərginliyi artıran ekstremistlər bunun əvəzini ödəyəcəklər", - o deyib.

Şimali Koreyanın qisas almaq üçün kifayət qədər texnologiya və imkana malik olduğunu vurğulayan Kim əsas məqsədin hərbi gücü artırmağa fokuslanmaq olduğunu bildirib.

Qeyd edək ki, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın fevralın 18-də Yapon dənizi üzərində ballistik raket sınağı həyata keçirdiyini açıqlayıb. 66 dəqiqə havada qalan ballistik raketin 900 kilometr yol qət etdiyi və 5 min 700 kilometr yüksəkliyə çata bildiyi qeyd edilib.

Birləşmiş Ştatlar Şimali Koreyanın qitələrarası ballistik raket sınağını “qətiyyətlə” pislədiyini bildirib. Cənubi Koreya isə Şimali Koreyanın uzaqmənzilli ballistik raket sınağına cavab olaraq ABŞ-la birlikdə hava təlimləri keçirdiyini açıqlayıb.

Cənubi Koreya Baş Qərargahı təlimdə "B-1B" bombardmançılarının, həmçinin F-16, F-35A və F-15K döyüş təyyarələrinin iştirak etdiyini bildirib.

Yaponiya Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 06:59 və 07:10-da Yapon dənizi istiqamətində iki ballistik raket atdığı bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR