İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Kəlbəcərdə 8 nəfər minaya düşdü, ölən var - YENİLƏNİB

Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.

Musavat.com-un xəbərinə görə, bu barədə Baş Prokurorluq və Müdafiə Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.

Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

xxx

Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, 3 nəfər xəsarət alıb.

xxx

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

"Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR