İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ İrəvan - Moskva danışıqları BAŞLAYIR: Erməni malları buraxılmır... - Qabil Hüseynli ilə CANLI

 

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş hələ planlaşdırılmayıb. Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburq görüşünə gəlsə, Rusiya rəhbəri ilə görüş imkanı yaranacaq.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın konkret addımlarını gözləməyə çağırıb.
Rusiya XİN sözçüsü Paşinyanın dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-formal sammiti və Avrasiya İttifaqının iclasında mümkün iştirakı ilə bağlı suala cavab verərkən belə deyib.

İrəvan və Moskvanın nümayəndələri Avrasiya İqtisadi Komissiyası çərçivəsində Ermənistan məhsullarının Rusiyaya idxalı ilə bağlı vəziyyəti müzakirə edəcəklər. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlament komissiyasının iclasında “Rosselxoznadzor”un bəyanatını şərh edərkən deyib.

Erməni nazir qeyd edib ki, ötən il də 40-dan az (indi artıq 72-dir - red.) oxşar hal baş verib və məhsullar Rusiyadan geri qaytarılıb: “İndi “Rosselxoznadzor”un məlumatı və mövcud informasiyalar problemin mahiyyətini başa düşmək üçün müvafiq orqanlarımız tərəfindən diqqətlə öyrənilir”, - o bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR