Onlayn ictimai-siyasi qəzet
Livandakı partlayışlarla eyni vaxtda Mosulda (İraq) Haşd əş-Şaabi silahlı qruplaşmasının qərargahında bir neçə portativ rabitə qurğusu partlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əl-Hədat telekanalı İraqdakı mənbələrə istinadən məlumat yayıb.
Xatırladaq ki, Livanda bu gün rabitə cihazlarının ikinci seriyasının partlaması nəticəsində ölənlərin sayı 14-ə çatıb. Məlumata görə, ən azı 450 nəfər yaralanıb.
Qeyd edək ki, dünən də eyni vaxtda Livanın müxtəlif bölgələrində peycerlərin kütləvi partladılması nəticəsində 4 mindən çox insan xəsarət alıb, 11 nəfər ölüb.
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ