İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İrana nüvə hücumu BAŞLAYIR: "Gözləyirik, yaxın aylarda..." - ŞOK

İsrail Müdafiə Qüvvələrinin İranın nüvə obyektlərinə hücum etmək qabiliyyətinə çatdığını, lakin hücuma başlamaq üçün ABŞ prezidenti Donald Trampın İranla təmaslarının nəticələrini gözlədiklərini bildiriblər.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli rəsmiləri yerli mətbuata açıqlama veriblər.

Rəsmilər Trampın İrana nüvə razılaşması əldə etmək üçün nə qədər vaxt verəcəyini dəqiq bildirməsə də, İsrailin “Jerusalem Post” qəzeti hücumun “yaxın aylarda” baş verə biləcəyini iddia edib. ABŞ-ın “Wall Street Journal” və “Washington Post” qəzetləri də İsrailin İranın nüvə obyektlərinə hücum etməyi planlaşdırmasından yazıb.

“Jerusalem Post” qəzeti İsrailin müdafiə naziri Yisrael Katzın ABŞ müdafiə naziri Pit Heqsetə göndərdiyi ilk təbrik məktubunun İsrailin İrana qarşı gözlənilən hücumu ilə bağlı ipucu verdiyini bildirib.

“İran və tərəfdaşları regional və qlobal sabitliyi təhdid etməkdə davam edir. Qarşıdan gələn aylar bizə hərbi hazırlıq və strateji məqsədlərimizə nail olmaq üçün imkanlar tələb edən çağırışlar təqdim edir. İnanıram ki, biz birlikdə uğur qazana və region üçün uzunmüddətli sabitlik və daha yaxşı gələcək yarada bilərik” - Katzın məktubunda qeyd edilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR