İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İrana növbəti ŞOK: “Xamenei rejiminin hər yeri…”

İsrailin baş naziri Netanyahu İranın hücumları ilə bağlı yeni açıqlamalar verib.

Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, Netanyahu “Xamenei rejiminin hər yerini vuracaqlarını” deyib.

"Çox yaxında siz Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin uçduğunu görəcəksiniz. Biz Ayətullah rejiminin hər yerini və hər hədəfini vuracağıq" - o, bildirib.

Qeyd edək ki, qarşılıqlı hücumlar gecə boyu fasilələrlə davam edib. İsrail gecə yarısı İranın qərbində yerləşən Mehrabad hava limanı yaxınlığındakı əraziyə zərbələr endirib. Ərazidə yanğınlar başlayıb.

İsrail qüvvələri İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərini də hədəfə alıb. İran obyektlərə məhdud ziyanın olduğunu açıqlayıb.

Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyi Natanz Nüvə Təsisində radiasiya və kimyəvi sızma olduğunu açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR