İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İran raketlərini hazır vəziyyətə gətirdi

İranın bütün raketləri buraxılış qurğularına yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə İranın "Tehran Times" qəzeti yazıb.

Qəzet bildirib ki, İran ABŞ tərəfindən eskalasiya olacağı təqdirdə cavab atəşi açmağa hazırdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar günü Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı bombardmanlarla və əlavə rüsumlarla hədələmişdi.

"Əgər razılığa gəlməsələr, bombardman olacaq. Amma ehtimal var ki, onlar razılaşmazsa, dörd il əvvəl etdiyim kimi ikinci dərəcəli tariflər tətbiq edəcəyəm", - deyə Tramp bildirmişdi.

Toğrul İSMAYIL, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR