İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi

Musavat.com xəbər verir ki, Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə order çıxarıb. Məlumatı “minval.az” yayıb.

Məlumata görə, order yalnız Əsədin özünü deyil, həm də Suriya hakimiyyətində çalışmış daha 6 yüksək vəzifəli keçmiş rəsmini əhatə edir. Onların hamısı insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə ittiham olunurlar.

Xatırladaq ki, Əsəd uzun müddət beynəlxalq ictimaiyyətin təzyiqlərinə baxmayaraq hakimiyyətdə qalmış, daha sonra isə Rusiyaya sığınmışdı. Fransa məhkəməsinin qərarı isə onun beynəlxalq hüquq qarşısında məsuliyyət daşıması üçün mühüm addım kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, bu qərar yalnız simvolik deyil, həm də Suriyada uzun illər davam edən müharibənin günahkarlarının cəzalandırılması baxımından əhəmiyyətli presedent ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR