İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Gərginlik yenə artdı - Döyüş təyyarələri havaya qalxdı

ABŞ bu yaxınlarda verdiyi yazılı açıqlamada Tayvana 500 milyon dollar dəyərində F-16 infraqırmızı axtarış izləmə sistemi və əlaqəli avadanlıqların satışını təsdiqlədiyini açıqlamışdı. ABŞ Dövlət Departamenti sözügedən texnikanın bölgədəki hərbi balansı dəyişməyəcəyini iddia etsə də, Çinin reaksiyası sərt olub.

Musavat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Vaşinqtonu “qərarı dərhal geri götürməyə” çağırıb, Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang isə Çinin tamamilə silah satışının əleyhinə olduğunu vurğulayıb və razılaşmanı ölkənin daxili işlərinə “ağır müdaxilə” kimi qiymətləndirib.

Xiaogang müqaviləni "Vahid Çin prinsipini pozan iyrənc bir hərəkət" kimi qiymətləndirib.

Associated Press (AP) xəbər agentliyi bu gün Çinin bölgəyə donanmadan 32 döyüş təyyarəsi və 9 döyüş gəmisi göndərdiyini açıqlayıb.

Tayvan Müdafiə Nazirliyi də dünən səhər saat 06:00-dan bu gün saat 06:00-a qədər bölgələrində 24 saat ərzində 32 reaktiv təyyarə və 9 donanma gəmisinin aşkar edildiyini açıqlayıb. Nazirliyin açıqlamasında bildirilir ki, döyüş təyyarələrindən 20-si ölkənin Hava Hücumundan Müdafiənin Müəyyənləşdirilməsi Ərazisinə (ADİZ) daxil olub.

Tayvan Çinin hücumundan sonra həyəcan vəziyyətinə düşüb və raket sistemlərini işə salıb.

Beynəlxalq hüquqda heç bir tərifi olmayan və hava məkanından fərqli olan Hava Hücumundan Müdafiə və İdentifikasiya Sahəsi (ADIZ) ölkələr tərəfindən birtərəfli qaydada elan edilir.

Qeyd edək ki, Pekin administrasiyası Tayvanın Çinin bir hissəsi olduğunu, Tayvan isə "müstəqil ölkə" olduğunu iddia edir. Çin rəhbərliyi “sülh yolla birləşmə” adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürmək istəyir və bu istiqamətdə güc tətbiq etməkdən çəkinməyəcəyini ifadə edir. Pekin həmçinin digər ölkələrin Tayvanla rəsmi əlaqə saxlamasını “suverenliyin pozulması” kimi qiymətləndirir.

Tayvanı dünyada yalnız 13 ölkə rəsmi olaraq tanıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR