Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginlik daha da artır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağında humanitar yardım məntəqəsi yaxınlığında toplaşan izdihama atəş açması beynəlxalq miqyasda narahatlıq doğurub.
Hadisə zamanı yardım almaq üçün növbəyə düzülmüş mülki vətəndaşların hədəf alındığı bildirilir. Sosial şəbəkələrdə yayılan videolarda atəş səsləri eşidilir və bəzi israilli şəxslərin bu qətliamı alqışladığı görünür.
İnsan haqları təşkilatları baş verənləri kəskin tənqid edərək, mülki əhaliyə qarşı güc tətbiqini qəbuledilməz adlandırıblar. Hadisənin dəqiq ölən və yaralanan sayı hələlik açıqlanmasa da, görüntülər faciənin miqyasını açıq şəkildə göstərir.
Musavat.com sözügedən görüntüləri təqdim edir:
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ