İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Etiraf etdilər: ABŞ terrorçulara dəstək verir - ŞOK FOTOLAR

Dünyaca məşhur “National Geographic” kanalının İnstaqram hesabında qalmaqallı paylaşım edilib.

Musavat.com xəbər verir ki, fotoda yer alan terror təşkilatı PKK-nın Suriya uzantısı olan YPG-nin qadın terrorçuları “qəhrəman” kimi göstərilib.

Sözügedən fotolar fotoqraf Erin Triebin tərəfindən çəkilib.

0 (76).jpg (64 KB)

“National Geographic” Triebin sözlərini də paylaşıb: “Səyahətlərim zamanı bütün dünyada inanılmaz qadınlarla tanış oldum – heç biri Suriya Qadınları Müdafiə Birliyi YPG-dən daha dinamik və cəsarətli deyil”.

Terrorçu qadınların “qəhrəman” kimi göstərildiyi paylaşımda YPG-nin qadın əsgərlərinin ailə qurmamağa və uşaq sahibi olmamağa üstünlük verdiyi qeyd edilib.

0 (77).jpg (43 KB)

"Kürdlər arasında qadın döyüşçülərin qadın tərəfindən öldürüldüyü təqdirdə cənnətə düşməyəcəyinə inanılır" - fotoqraf deyib.

Bundan əlavə, paylaşımda Xarici Terror Təşkilatları Siyahısında olmasına baxmayaraq, ABŞ-ın PKK-ya dəstək verdiyi açıq şəkildə ifadə edilib:

0 (79).jpg (48 KB)

“YPG-nin İŞİD-lə mübarizədəki rolunu nəzərə alaraq ABŞ PKK-nın qardaş qrupu olan YPG-ə 2014-cü ildən bəri dəstək verir. Biz tərəfi dəstəkləməyə və koordinasiya etməyə, onları silah, vəsait və pulla təmin etməyə davam edirik."

Trieb sosial media hesabında fotoların 2014-cü ildə Suriyanın şərqində və ya İraqda çəkildiyinə diqqət çəkib. 2014-cü ildə çəkilmiş fotoşəkillərin indi təqdim edilməsi "qavrayış əməliyyatı" kimi şərh edilib.

WhatsApp Image 2023-03-31 at 15.25.38.jpeg (196 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR