Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan hökumətini və onun siyasətini tənqid edib.
"Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə lazım deyil. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq”, - Lukaşenko “Rossiya 1” telekanalına müsahibəsində deyib.
O əlavə edib ki, Ermənistan hökuməti öz iqtisadiyyatını inkişaf etdirməli və resurslarına diqqət yetirməlidir.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, Ermənistan hökuməti Lukaşenkonun bəyanatlarına cavab olaraq bu gün Belarus səfirliyi qarşısında etiraz aksiyası təşkil edir.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ