İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Dünyanı YENİ TƏHLÜKƏ gözləyir - Gərginliyi artıran bəyanat

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden və Cənubi Koreya prezidenti Yun Suk Yeolun Vaşinqtonda keçirilən ikitərəfli sammitdə Şimali Koreyaya qarşı müdafiə sahəsində əməkdaşlığı artırmaq qərarına gəldiklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq sammitdə imzalanan Vaşinqton Bəyannaməsini “ABŞ-ın uydurması” kimi qiymətləndirib.

O, bəyannamənin düşmənçilik və aqressivliyi əks etdirdiyini, Şimal-Şərqi Asiyanın, ümumən bütün dünyanın sülh və təhlükəsizliyini daha ciddi təhlükəyə məruz qoyacağını deyib, bəyannaməni “qəbuledilməz bir davranış” adlandırıb.

Kim Yo Conq ABŞ-ın bölgədə artan hərbi fəaliyyətinin ölkəsini daha qətiyyətli addımlar atmağa məcbur etdiyini bildirib.

O, ABŞ prezidenti Co Baydenin ünvanına sərt ifadələr işlədib: “Bəyananməni gələcəyi olmayan, ABŞ-ın təhlükəsizliyi üçün məsuliyyət daşımayan, hətta vəzifəsinin qalan 2 ili belə ona çox olan qocanın absurd bəyanatı kimi oxumaq olar".

Kim ABŞ və Cənubi Koreyanın puç xəyalının bundan sonra daha güclü müqavimətlə qarşılaşacağını bildirib, nüvə müharibəsinin qarşısının alınmasının gücləndirilməsinin lazım olduğuna bir daha əmin olduqlarını vurğulayıb.

O qeyd edib ki, Şimali Koreyanın özünümüdafiə hüququ düşmənin nüvə müharibəsi təlimləri və Koreya yarımadası yaxınlığında yerləşdirəcəyi nüvə aktivləri ilə düz mütənasib şəkildə istifadə olunacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR