İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Araik Xankəndidə özünə qarşı plan qurub - Rüfət Quliyevlə Pənah Hüseyn CANLIda

Araik Arutyunyanın istefası ilə bağlı məsələnin gündəmə gətirilməsi, elə onun özü tərəfindən planlaşdırılıb.

Bu iddia ilə erməni Teleqram kanalları çıxış ediblər. Bu plan sayəsində Qarabağın Azərbaycanın tam nəzarətinə veriləcəyi iddia edilib: “Arutyunyanın istefaya göndərilməsi ilə bağlı “parlament spikerinin” tələbi Araikin özü tərəfindən çoxdan planlaşdırılıb və o, Ermənistan baş naziri Nikol Paşinyanla razılaşdırılıb. Bu onların Qarabağı satılmazdan öncə hazırlanması və Azərbaycana verilməsi planının tərkib hissəsidir”.

Qeyd edək ki, dünən separatçıların “spikeri” Araik Arutyunyanı istefaya səsləyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə millət vəkili Rüfət Quliyev və AXP sədri Pənah Hüseyn iştirak edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR