Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Faktla bağlı araşdırma aparılır.
Zərdab rayon Gödəkqobu kənd sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Taleh Saleh oğlu Əliyev.
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ