İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ-İran xəttində GƏRGİNLİK - Tehran açıq-aşkar təhdid edildi

ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Ualtz Yəmənə endirilən hava zərbələrində bir çox husi liderinin zərərsizləşdirildiyini bildirib.

Musavat.com xəbər verir ki, ABC News kanalının "Bu həftə" proqramına danışan Ualtz ABŞ-nin Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hava hücumlarını dəyərləndirib.

O qeyd edib ki, ABŞ-nin hücumlarında bir çox Husi liderləri hədəfə alınıb və öldürülüb.

Ualtz bu hücumların ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə həyata keçirilən hücumlardan fərqli olduğuna işarə edib: “Burada fərq birincisi, Husi rəhbərliyinin arxasınca getmək, ikincisi, İranı məsuliyyətə cəlb etməkdir. Nəinki ABŞ-nin hərbi gəmilərini, həm də qlobal ticarəti hədəf alan İrandır və husilərə dünyanın ən strateji dəniz zolağından ikisini bağlamağa kömək edir”.

Ualtz ABŞ prezidenti Donald Trampın İranın nüvə silahına sahib ola bilməyəcəyi ilə bağlı sözlərini xatırladıb və qeyd edib ki, onun bu silahlara sahib olmasının qarşısını almaq üçün bütün variantları masa üzərindədir: "İranın nüvə proqramı təkcə zənginləşdirməni deyil, həm də raket sistemləri və silahlanma mərhələlərini ehtiva edir. Ya təslim olacaqlar, ya da bir sıra ciddi nəticələrlə üzləşə bilərlər".

ABŞ müdafiə naziri Pit Heqset də Yəməndə husilərə qarşı başlatdıqları hücumların davam edəcəyini bildirib.

Heqset: "Husilər "gəmilərinizə və pilotsuz uçuş aparatlarınıza hücumu dayandıracağıq" dediyi anda bu hücumlar sona çatacaq, lakin o vaxta qədər amansızlıqla davam edəcək", - deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR