Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Texas ştatında "SpaceX" şirkətinə məxsus "Starship" daşıyıcı raketi statik yanacaq sınağı zamanı güclü şəkildə partlayıb.
Musavat.com xəbər verir ki, hadisə raket hələ yerə bərkidilmiş vəziyyətdə test edilərkən baş verib.
Sınaq zamanı mühərriklərin işə salınması və təzyiq sistemlərinin yoxlanılması planlaşdırılırdı. Lakin texniki nasazlıq nəticəsində raketdə ciddi partlayış qeydə alınıb. Hadisə zamanı xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
İqbal RZAYEV,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ