İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada 1000-dən çox mağaza alkoqol satışını dayandırdı

Moskva ətrafı ərazilərdə (Podmoskovye) 1 sentyabrdan etibarən 1000-dən çox mağaza alkoqollu içkilərin satışını dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə RİA “Novosti”yə Moskva vilayət Dumasının deputatı Arman Kerselyan məlumat verib.

Yeni qanuna əsasən, girişi binaların həyətinə açılan çoxmənzilli yaşayış evlərində yerləşən mağazalara alkoqol satışı üçün lisenziya verilmir.

Deputat bildirib ki, qanun qüvvəyə mindikdən sonra artıq təxminən 1030 ticarət obyekti alkoqol satışını dayandırıb. Onların əksəriyyəti zəif alkoqollu içkiləri lisenziyasız satan mağazalardır. Hazırda bir neçə ticarət nöqtəsində də yoxlamalar aparılır.

Kerselyanın sözlərinə görə, bu qərar biznesin əleyhinə deyil — sahibkarlara yeni qaydalara uyğunlaşmaq üçün vaxt verilib. Lakin o vurğulayıb ki, “həyətə açılan, uşaq meydançalarının yaxınlığında yerləşən alkoqol mağazalarına yer yoxdur”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR