Onlayn ictimai-siyasi qəzet
Tramp Qəzzanı ziyarət edə biləcəyini istisna etmir
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə planlaşdırılan səfəri zamanı Qəzzanı da ziyarət edə biləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, brifinq zamanı jurnalistlərdən biri prezidentə səfər planları barədə sual verib və onun Qəzzaya baş çəkmə ehtimalını soruşub.
Tramp cavabında deyib: “Mən ora gedərdim. Ola bilsin elə edərəm. Hələ dəqiq qərar verməmişik. Böyük ehtimalla Misirə gedəcəyəm”.
Hazırda Misirdə İsrail və HƏMAS arasında dolayı sülh danışıqları aparılır. Tramp qeyd edib ki, bu danışıqlar “çox yaxşı gedir” və məhz buna görə həftəsonu Yaxın Şərqə səfər etməyi nəzərdən keçirir.
Prezident səfərin bazar günü baş tuta biləcəyini, lakin “bəlkə şənbə də ola bilər” ehtimalını da istisna etməyib.
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ