İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: 40 minlik ordu “Vaqner”ə hücuma hazırlaşır, Ö*LÜM-DİRİM SAVAŞI başlanır – Elxan Nuriyevlə “Canlı debat”

Baxmut ətrafında vəziyyət kritik həddə yaxınlaşır. Bunu rusiyalı politoloq Sergey Markov deyib.

O bildirib ki, bütün analitiklər üçün gözlənilmədən bu kiçik şəhərcik hərbi əməliyyatların əsas nöqtələrindən birinə çevrilib:

“Baxmut ətrafında vəziyyət birmənalı deyil. Bir tərəfdən Rusiya qoşunları mühasirəni getdikcə daha da gücləndirir. İndi güclü atəşə tutulan Ukrayna Silahlı Qüvvələrinin nəzarətində yalnız bir yol qalıb. Və bu yolu “Vaqner” hər an kəsə, 10 minə qədər ukraynalı əsgər tələyə düşə bilər. Digər tərəfdən, mühasirəyə alınanları blokadadan çıxarmaq üçün Ukrayna ordusunun böyük bir qrupu, 40 minə qədər insanı cəmləşdirdiyi barədə məlumatlar var. “Vaqner”in cinahlarına zərbələr endirmək planlaşdırılır".

Qeyd edək ki, ötən gün “Vaqner” muzdlularının rəhbəri Priqojin Ukraynanın əlavə qüvvələr cəlb etdiyini, vəziyyətin çox pis olduğunu bildirmişdi.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ukraynada yaşayan polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR