İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcavüzkarlar, qəddar qatillər, manyaklar əfv olunur - ŞOK FOTO

Sırf Ukraynada savaşdıqları üçün Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv olunan məhkumların keçmişi heyrət doğurub.

Musavat.com xəbər verir ki, Rusiyanın müxalif mətbuatının yazdığına görə, təcavüzkarlar və satanistlər azadlığa buraxılır. Hətta adamyeyənliklə ritual qətllər törədən dəstənin başçısı Yaroslavla qayıdıb.

Məlum olub ki, “Qraf” ləqəbli Nikolay Oqolobyak “Fırtına Z” dəstəsində altı ay döyüşdükdən sonra Yaroslavla qayıdıb. Bu adam ritual qətllər törədən satanistlər klanının liderlərindən biridir. Klan 2008-ci ildə dörd yeniyetmənin başını kəsib. Satanistlər əvvəlcə iki yeniyetmənin bədən hissələrini də kəsərək odda qovurub yeyiblər. Bütün bunlar şeytana dualarla müşayiət olunub. Ertəsi gün onlar daha iki yeniyetməni öldürüblər.

Perm diyarı isə Artyom Buçunun sərbəst buraxılmasından təlaşlanıb. 2022-ci ildə o, küçədə bir qızdan ona dayanacağa qədər yol göstərməsini xahiş edib, daha sonra onu meşəyə apararaq təcavüz edib və öldürüb. Məhkəmə prosesində prokuror onun üçün ömürlük həbs cəzası istəyib, lakin Buçin cəmi bir il sonra Vaqner ÖHŞ-nin əsgəri olaraq döyüşərək azadlığını qazanıb.

Bundan başqa, Kaluqadan qatil və təcavüzçülər Yevgeni Tatarintsev və Vladislav Korobenkov “Vaqner”də döyüşdükləri üçün sərbəst buraxılıblar. Onların hər iki qardaşları ilə birlikdə qətllərdə iştirak ediblər. Bu banditlər küçədə rastlaşdıqları qızları həm zorlayıb, həm də öldürüblər. Kaluqada Yana Boltynyuk adlı bir qızı, Korobenkov qardaşları isə 2016-cı ildə Obninskdə tələbə Mariya Çetnoyu vəhşicəsinə qətlə yetirdilər. Qardaşlar bədbəxt qızın başına 60 zərbə vurublar.

WhatsApp Image 2023-11-21 at 18.20.17 (1).jpeg (100 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR