Onlayn ictimai-siyasi qəzet
İstanbulda bir qadın təcavüzə məruz qaldığını bildirərək Esenyurdda bir məkanın sahibi Mehmet Ali Tanyıldızdan kömək istəyib.
Musavat.com xəbər verir ki, qadını izləyən şəxslə mübahisə edən Tanyıldız silahlı hücum nəticəsində həyatını itirib.
Hadisəyə müdaxilə etmək istəyən qonşusu Misir vətəndaşı Zəkəriyyə Əli də ayağından yaralanıb.
Hadisədən sonra polis axtarışı nəticəsində şübhəli bilinən Mete G. və qardaşı Arda G. tutularaq nəzarətə götürülüb.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ