İnsanlara hürriyət, millətlərə istiqlal!

Teatrın direktoru müharibəyə görə işdən çıxarıldı 

Rusiyanın Novosibirsk vilayətində “Qırmızı məşəl” (Krasnıy fakel) dövlət teatrının direktoru Aleksandr Kulyabin vəzifəsindən azad edilib. Bundan əvvəl teatr onun oğlu, rejissor Timofey Kulyabinin tamaşalarını ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə “Sibir Realii” saytı məlumat yayıb.

Kulyabin 1999-cu ildən “Qırmızı məşəl”ə rəhbərlik edir. Teatrın mətbuat xidmətinin xəbərinə görə, o, Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyinin qərarı ilə işdən çıxarılıb. İşdən çıxarılma səbəbləri açıqlanmır. Onun oğlu Timofey Kulyabin 2015-ci ildən “Qırmızı Məşəl”də baş direktor vəzifəsində çalışır. Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar savaşdan sonra o, Rusiya prezidenti Vladimir Putini açıq şəkildə tənqid edib və müharibəyə qarşı çıxıb. 2022-ci ilin aprelində kiçik Kulyabin “öz istəyi ilə” teatrı tərk edərək Almaniyaya köçüb. Sentyabrda Berlində onun “Platonov” tamaşasının premyerası baş tutub.

Qeyd edək ki, bu ilin may ayında “Bolşoy Teatr” rəhbərliyi Kulyabinin “Don Pasquale” operasını repertuarından çıxarıb. Timofey Kulyabinin digər tamaşaları arxivə köçürülüb və onun adı oradan silinib.

Xatırladaq ki, bundan öncə “Qırmızı məşəl” “Ağ xəstəlik” tamaşasının premyerasını ləğv etmiş və bu, mədəni dairələrdə böyük hay-küy yaratmışdı.

“Ağ xəstəlik” pyesi məşhur çex yazıçısı Karel Çapek tərəfindən 1936-cı ildə yazılıb. Hekayəyə görə, dünyada 45 yaşdan yuxarı insanları əhatə edən “ağ xəstəlik” adlanan əvvəllər məlum olmayan ölümcül epidemiya tüğyan edir. Panika hər yerdə hökm sürür.

Xəstəliyin hökm sürdüyü eyni vaxtda marşal-diktatorun başçılıq etdiyi bir Avropa ölkəsinin hökuməti işğalçı müharibəyə hazırlıqla məşğuldur. Tamaşanın qəhrəmanı doktor Qalen bu xəstəliyin müalicəsini tapır, lakin o, yalnız yoxsulları müalicə edir. Doktor Qalen hökumət müharibəyə hazırlaşmağı dayandırdıqda digər insanları da sağaldacağını vəd edir. Hökumət kiçik bir qonşu ölkəni işğal edərək müharibəyə başlayır. Müharibənin ortasında marşal-diktatorun özü də “ağ xəstəliyə” tutulur. Diktator doktor Qaleni çağıraraq ondan özünü müalicə etməsini tələb edir. Qalen bunun müqabilində marşaldan müharibəni dayandırmasını istəyir. Diktator axırda razılaşır, həkim ona dərmanı gətirir, lakin yolda müharibəni sona qədər aparmağa qərarlı olan kütlə tərəfindən öldürülür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR