İnsanlara hürriyət, millətlərə istiqlal!

“TDT üzvləri arasında “Şuşa bəyannaməsi”nə bənzər sənəd imzalanmalıdır” - polkovnik

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxışında bildirib ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur.

Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Prezident hesab edir ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycan Prezidenti son dərəcə vacib və günün tələbinə uyğun məsələni gündəmə gətirib:

“Hazırda dünyanı müharibələr, münaqişələr çox ciddi problemlərlə üz-üzə qoymaqdadır. Bu problemdən təkcə həmin müharibələrin birbaşa iştirakçıları deyil, digər dövlətlər və xalqlar da əziyyət çəkir, ziyan görürlər. Həqiqətən də elə bir vəziyyət yaranıb ki, artıq bütün dövlətlər üçün - xüsusən də həssas regionlarda yerləşən ölkələrin təhlükəsizliyinə müəyyən təhdidlər meydana gəlir. Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin də yerləşdiyi region həssas və dünya güclərinin diqqət mərkəzində, müəyyən mənada marağında, hədəfində olan regiondur, deməli burada təmsil olunan ölkələrin müdafiə potensialının daha da gücləndirilməsinə zərurət var. Müdafiə poensialının güclənməsi üçün bir sıra komponentlərin reallaşdırılması lazımdır. Onlardan biri Azərbaycan Prezidentinin dediyi kimi, TDT-yə üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır. Hesab edirəm ki, birgə silah istehsalını həyata keçirmək ilk addımlardan biri ola bilər. Eyni zamanda TDT-yə üzv dövlətlərin silahlı qüvvələrinin birgə təlimlərini davamlı şəkildə keçirmək də vacibdir”.

Ekspert hesab edir ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatının vahid müdafiə təhülkəsizlik qüvvələrinin formalaşdırılması da zərurətə çevrilə bilər:

“Dünyadakı hazırkı mürəkkəb, üçüncü dünya müharibəsini xatırladan bir vəziyyətdə türk dövlətləri bütün qüvvələrini birləşdirməlidir və əməkdaşlığın vahid mexanizm kimi hərəkət edəcək səiviyyəyə çatdırmalıdır. Birgə müdafiə sistemi qurulmalıdır. Türkiyə ilə Azərbaycan arasında mövcud olan “Şuşa bəyannaməsi”nə bənzər bir sənəd TDT-yə üzv dövlətlər arasında TDT-nin Bəyannaməsi olaraq qəbul olunmalıdır”.

Etibar SEYİDAĞA,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR