İnsanlara hürriyət, millətlərə istiqlal!

TBMM üzvü zəlzələ zamanı həlak olub

Türkiyə Böyük Millət Məclisinin üzvü, Kahramanmaraşın millət vəkili Sıtkı Güvenç zəlzələ zamanı həlak olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

“İyirmi dördüncü çağırış Türkiyə Böyük Millət Məclisində birlikdə çalışdığımız Kahramanmaraş millət vəkili Sıtkı Güvenç zəlzələdən sonra dağıntılar altında dünyasını dəyişib.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, - səfir sosial şəbəkə hesabında yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR