İnsanlara hürriyət, millətlərə istiqlal!

Tbilisidəki etirazlarda həbs olunanların sayı açıqlandı

Tbilisidə “Xarici agentlər” haqqında qanuna etiraz edən aksiya iştirakçılarından 36 nəfər həbs edilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Gürcüstan DİN aksiyanın təşkilatçılarına və rəhbərlərinə mitinqin zorakılığa çevrilməməsini təmin etmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz edirlər.//“Qafqazinfo”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR