İnsanlara hürriyət, millətlərə istiqlal!

Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin barrikadasını yarıblar

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Etirazçıları qanunverici orqanın əsas qapısından təxminən 10 metr ayırır. Darvazanın digər tərəfində olan polis əməkdaşları nümayişçilərin üzərinə su tökərək gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar “Gürcüstan, Gürcüstan” şüarları səsləndirirlər.

Qeyd edək ki, ötən gün Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar.

Parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.

Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR