İnsanlara hürriyət, millətlərə istiqlal!

Tbilisidə etiraz aksiyası zamanı polisə Molotov kokteyli atılıb

Tbilisidə polis xüsusi təyinatlıları parlament binası qarşısına toplanmış etirazçıları su şırnağı və gözyaşardıcı qaz tətbiq edərək dağıdıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, polisin müdaxiləsindən sonra parlamentin girişlərinin olduğu küçələrə, eləcə də Rustaveli prospektinə toplanmış etirazçılar ətraf küçələrə dağılışıblar. Müdaxilə zamanı etirazçılar yandırıcı maddələr, eləcə də daşlarla polisə müqavimət göstəriblər.

Parlament binasına, eləcə də xüsusi təyinatlılara Molotov kokteylləri atılıb. Polis aksiyaçılara qarşı əməliyyatı davam etdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR