İnsanlara hürriyət, millətlərə istiqlal!

Tbilisidə aksiyaçılar Ombudsmana yumurta atıblar

Gürcüstanın paytaxtı Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə saat əvvəl parlament tərəfindən bu vəzifəyə təsdiq edilmiş yeni Ombudsman Levan İoselaianiyə yumurta atıblar.

Bu barədə “Report” Gürcüstan İctimai Yayımının Birinci Kanalına istinadən xəbər verir.

TV-nin məlumatına görə, mitinqə vəziyyətlə tanış olmaq üçün gələn İoselianiyə su sıçradıblar və “Rusiyanın xidmətçisi” adlandırıblar. O, polisin müşayiəti ilə mitinqi tərk etməli olub.

"Bu ölkədə müxtəlif siyasi baxışları olan insanlar var. Ona görə də siyasi baxışlar mənim üçün əhəmiyyət kəsb etmir. Bəziləri məni bəyənir, bəziləri isə yox. Mən xalqın müdafiəçisiyəm və səlahiyyətimin sonunadək belə olacam", - Ombudsman hadisədən sonra jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı mitinq keçirilir. Parlamentin təşəbbüsü birinci oxunuşda dəstəkləməsindən sonra etiraz aksiyasında vəziyyət gərginləşib. Nümayişçilər parlamentin girişini bağlamağa çalışıblar, deputatlar binanı tərk etməli olublar. Bu, izdihamı dağıtmaq üçün bir neçə dəfə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməli olan polislə toqquşmaya səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR