İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 5 milyon tona yaxın məhsul ixrac edilib

“Taxıl dəhlizi” işə başlayandan bəri Ukraynanın 5 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 222 gəmi Ukrayna limanlarını tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

"Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində sentyabrın 26-da Ukrayna ərzaq məhsulları ilə dolu daha 4 gəmi “Odessa” və “Cənub” limanlarını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 88,17 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya və Avropa ölkələrinə yola salınıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR