Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Tatarıstanda terror təşkilatının qadın hücrəsinin üzvlərinin saxlanmasını əks etdirən görüntülər yayıb.
Musavat.com “RİA Novosti”yə istinadla xəbər verir ki, videoda təhlükəsizlik qüvvələrinin terrorçu qruplaşmanın qadın üzvlərinin olduğu fərdi evin qapısını necə sındırdığı və içəri girdiyi göstərilir. Axtarış zamanı təhlükəsizlik əməkdaşları binadan külli miqdarda qadağan olunmuş ekstremist ədəbiyyat aşkar ediblər.
Axtarışdan sonra qadınların polis bölməsinə aparıldığı qeyd edilir.
Bundan əvvəl Rusiya FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat vermişdi ki, təhlükəsizlik qüvvələri Tatarıstanda terror təşkilatının qadın hücrəsini müəyyən ediblər.
Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, hücrə üzvləri qlobal xilafət yaratmaq doktrinasına əsaslanan ideologiyanın yayılması ilə məşğul olublar.
FTX-nin direktoru Aleksandr Bortnikov bildirib ki, xarici kəşfiyyat xidmətlərinin əməkdaşları son vaxtlar rusiyalı gəncləri terror aktlarının həyata keçirilməsinə daha fəal cəlb etməyə çalışırlar.
Bundan əvvəl Milli Antiterror Komitəsi FTX-nin ilin əvvəlindən Rusiyada 110 terror aktının qarşısını aldığını bildirmişdi.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ