Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün öncə Bakının mərkəzində yerləşən, el arasında "Molokan bağı" kimi tanınan Xaqani bağının ətrafındakı üç küçə avtomobillər üçün bağlanıb. Belə ki, bağın ətrafında avtomobillə dövrə vurmağa məhdudiyyət qoyulub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayaraq bildirib ki, yaxın günlərdə digər küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və həmin ərazilər də piyadaların istifadəsinə veriləcək.
Beləliklə, Xaqani bağının ətrafı indi sakit və daha təmiz görünür. Bundan razı qalanlarla yanaşı, narazı olanlar da var.
Bəs vəziyyətdən narazı olanlar kimlərdir? Onları narazı salan səbəb nədir?
Daha ətraflı hazırladığımız reportajda:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ