Onlayn ictimai-siyasi qəzet
"Hər kəs bu müharibənin sona çatmasını istəyirsə, rus müharibə maşınını dayandırmaq üçün lazım olanı etməlidir".
Musavat.com bildirir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski son videomüraciətində bildirib.
Zelenski ABŞ və digər lider dövlətlərini Rusiyaya qarşı güclü sanksiya və tarif siyasəti yürütməyə çağırıb:
"Hər kəs görür ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin müharibəsidir. Hər kəs görür ki, Polşaya qarşı rus dronları da Putinin müharibəsidir. Bu xəbərdarlıq yalnız polyaklara deyil, bütün Avropaya yönəlib. Rus dronları daha uzaq məsafələri qət edə bilərlər. Bu artıq çox uzunmüddətli müharibədir - Rusiyanın ambisiyaları, imkanları, büdcəsi, yəni Putinə gəlir gətirən rus nefti, rus qazı, rus uranı və digər resurslar sayəsindədir.
Bütün tərəfdaşlardan xahiş edirəm ki, müəyyən sanksiyaların tətbiq olunmaması üçün bəhanələr axtarmağı dayandırsınlar: Avropa, Birləşmiş Ştatlar, "Böyük Yeddilik" (G7) ölkələri və "Böyük İyirmilik" (G20) ölkələri. Sülh müharibədən sülhə gedən yoldur. Hər kəs bu yolu keçməlidir və sanksiyalar onun bir hissəsidir.
Əgər Putin sülh istəmirsə, onu sülhə məcbur etmək lazımdır. Putinin müharibəsi, məhz o özü bu müharibəni davam etdirə bilməyənə qədər sona çatacaq".
Xalidə Gəray,
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ