İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşiş tələbə qızı zorladı-Cinayət işi açıldı

Noyabr ayının əvvəlində Yekaterinburq şəhərində 19 yaşlı tələbə yaşadığı binanın girişində maska taxmış, qeyri-etik hərəkətlər edən bir kişi ilə qarşılaşıb. Naməlum şəxs qızın keçməsinə mane olub və arxasınca düşüb. Bir müddət sonra ona hücum edərək başına zərbələr endirib, intim yerlərinə toxunub və qeyri-məqbul hərəkətlərini davam etdirib.

Tələbənin çığırtısını eşidən anası dərhal küçəyə enib, bundan sonra təcavüzkar qaçıb.

Musavat.com xəbər verir ki, hücumla bağlı 26 yaşlı keşiş, Yekaterinburq və Verxoturye mitropoliti yanında katib və referent kimi çalışan şəxs saxlanılıb.

Onun saxlanıldığı vaxt hava limanında olduğu bildirilir. Şəxsin evli olduğu və bir övladının olduğu açıqlanıb. Hazırda ona qarşı həbs-qətimkan tədbiri seçilməsi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR