İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan: radikallar türmələrdə terakt hazırlayır, adam toplayırmışlar

Milli Təhlükəsizlik Komitəsi Daxili İşlər Nazirliyi ilə birlikdə Almatı vilayətinin prokurorluğu ilə razılaşdıraraq Almatı, Kostanay və Jetısu vilayətlərinin cəzaçəkmə müəssisələrində radikal qruplaşmanın 10 tərəfdarının fəaliyyətinin qarşısını alıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, radikal dini qruplaşma həbsxanalarda qiyam hazırlayırmış.

“İlkin məlumatlara görə, təqsirləndirilən şəxslərdən biri həbsxanada olarkən terror aktı hazırlayıb, qalanları isə terrorizmin təbliğində və terror fəaliyyətinin təşkilinə adamların cəlb edilməsində iştirak edib. Cəzaçəkmə yerlərində aparılan axtarışlar zamanı onlardan bıçaqlarar, smartfonlar və digər maddi sübutlar götürülüb. Bir nəfərin ekstremizmlə bağlı cinayəti var. Qalanları adam öldürmə, soyğunçuluq və oğurluq cinayətlərinə görə cəza çəkirlər”, – Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsindən bildirilib.

Həmçinin Almatıda onların şərti nəzarətdə olan şəriki saxlanılıb. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 255, 256 və 259-cu maddələri ilə ibtidai araşdırmalar aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR