İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Cabbarov: “Ölkəmizin ixrac imkanları genişlənməkdədir”  

İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı çıxış edib.

Musavat.com-un məlumatına görə, nazir bildirib ki, ölkəmizdə adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir.

Nazirin sözlərinə görə, Azərbaycanda iqtisadi artıma yönəlmiş struktur islahatları uğurla davam edir: “Həm son illərdə, həm də cari ildə Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf nümayiş etdirir, ölkəmizin ixrac imkanları genişlənməkdədir. Ölkədə real ÜDM 14,4 faiz, qeyri neft sektorunda isə ÜDM-nin 1,3 dəfə artması gözlənilir. Adambaşına düşən ümumi daxil məhsul COVID-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir”.

M.Cabbarov bildirib ki, son illərdə ölkə iqtisadiyyatının neft qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə edilir: “2018-ci ildə neft hasilatının həcmi 38,8 milyon ton olub. 2024-cü ildə isə 29,2 milyon tondur. 2014-cü ildə brend markalı neftin qiyməti 99 ABŞ dollar olub. 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft gəlirlərinin büdcə gəlirlərində payı 49 %-ə enib. Müsbət meyillərdən biri də inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsidir”.

Nazir qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”nın icrası ilə bağlı deyim ki, yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib: “Burada layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”.

M.Cabbarov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi də uğurla davam etdirilir. Nazirin sözlərinə görə, özəlləşdirmə nəticəsində cari ilin 10 ayında büdcəyə 108 milyon manat daxil olub.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR