İnsanlara hürriyət, millətlərə istiqlal!

Tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub

Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub.

Musavat.com xəbər verir ki, mükafatları hərbçilərə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar təqdim ediblər.

Nazirlər daha sonra video telekonfrans üsulu ilə təlimdə iştirak edən qoşunlara müraciət ediblər.

Çətin hava və relyef şəraitində uğurla həyata keçirilən təlimdə iştirak edən qoşunları təbrik edən hər iki ölkənin müdafiə nazirləri həyata keçirilən fəaliyyətin yekun qiymətləndirilməsi üçün keçirilən toplantıya qatılıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR