İnsanlara hürriyət, millətlərə istiqlal!

Tapılan qızlar sığınacağa yerləşdirildilər

Dünən gecə saatlarında Daxili İşlər Nazirliyinin apardığı təxirəsalınmaz araşdırmalar nəticəsində tapılan iki azyaşlı qız artıq təhlükəsiz yerə - "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

Musavat.com-un xəbərinə görə, bu barədə qurumun sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, tapılan qızlar polis əməkdaşlarının müşayiəti ilə mərkəzə gətirilib, təhlükəsizlikləri təmin edilib və dərhal hüquqlarının qorunması, reabilitasiya prosesi üçün tədbirlər görülüb.

"İki azyaşlıya ilkin tibbi baxış keçirildi. Hazırda onların səhhəti orta stabil qiymətləndirilir. Lakin hər iki uşağın üzərində dərin psixoloji gərginlik aydın müşahidə olunur", - deyə Kəmalə Ağazadə bildirib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR