İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkil işdən çıxarılan nazir müavininə: Allah Sizə layiq olduğunuzu versin!

Tanınmış vəkil Əkrəm Həsənov 24 il ədliyyə nazirinin müavini olmuş Toğrul Musayevlə bağlı maraqlı paylaşım edib.

Musavat.com bu gün vəzifəsindən azad olunan Toğrul Musayevə 23 il əvvəl onu işə götürmədiyini xatırladaq bunları yazıb:

"Məni həmin nazirliyə (Ədliyyə Nazirliyini nəzərdə tutur - E.M) işə götürməmiş şəxsdir. Bu barədə 2 il əvvəl Sirus Təbrizli barədə yazdığım statusda yazmışdım.Magistraturanı bitirmişdim. Bütün göstəricilərimə görə ədliyyə nazirliyinə təyinatla getməli olduğum halda haqqıma girmişdilər. Buna görə də deputat-nazir Təbrizlinin yanına gedib kömək istədim. Məni görməyinə çox şad idi. Kömək etməyə də cəhd etdi, amma alınmadı. Ədliyyə nazirinin müavini Toğrul Musayevə zəng edib dedi ki, bu uşağın haqqını niyə pozmusuz. O da dedi ki, gəlsin. Getdim. Mənimlə çox sərt danışdı, sonda da dedi ki, ərizəni yaz qəbul edərik səni işə. Mən də cavabımda adekvat olaraq sərt sözlər işlədib ərizə yazmadan çıxıb getdim. Şükür Allaha ki, elə məhz belə də oldu! Bizim ədliyyə nazirliyiniə salamat şəxs işə qəbul olunur və ömürlük hüquqşünas kimi şikəst çıxır oradan!”

Odur ki, ona indi müraciət edirəm yenə: Toğrul müəllim, məni işə götürmədiyinizə görə Allah Sizdən razı olsun. Ədliyyə sistemində etdiklərinizə görə isə Allah Sizə layiq olduğunuzu versin!

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR