Onlayn ictimai-siyasi qəzet
Aktyor Taleh Yüzbəyov Şeyx Zayed Məscidini ziyarət edib.
Musavat.com xəbər verir ki, məşhur aktyor və ssenarist Taleh Yüzbəyov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən dünyanın ən möhtəşəm dini abidələrindən biri – Şeyx Zayed Böyük Məscidini ziyarət edib.
Sənətçi öz sosial şəbəkə hesabında məsciddən paylaşım edərək ziyarət təəssüratlarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımı qısa zamanda böyük maraq doğurub və çoxsaylı bəyənmə, şərh toplayıb.
Xatırladaq ki, Şeyx Zayed Məscidi İslam memarlığının ən gözəl nümunələrindən hesab olunur. Məscid 2007-ci ildə istifadəyə verilib və eyni anda 40 mindən çox ibadətçini qəbul etmək gücünə malikdir.
Könül
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ