İnsanlara hürriyət, millətlərə istiqlal!

Papoyan: “Bakı və Ankara öz məqsədlərinə nail olub”

“Türkiyə və Azərbaycan artıq öz problemlərini həll ediblər”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

Onun sözlərinə görə, Bakı və Ankara bu məqsədlərin reallaşdırılması üçün vaxtilə Ermənistanla sərhədi bağlayıblar.

“Türkiyə və Azərbaycan sərhədləri Ermənistanı zəiflətmək, iqtisadiyyatı neytrallaşdırmaq və qarşıya qoyduqları vəzifələrin tam icrası üçün bağladılar”, – deyə Papoyan iddia edib.

Nazirin sözlərinə görə, əgər Ermənistanda əvvəlki siyasəti davam etdirmək və nəticədə dövlətçiliyi tam məhv etmək istəyənlər varsa, o, buna qarşı çıxacaq və bunun baş verməməsi üçün əlindən gələni edəcək:

“Mən Türkiyə-Ermənistan sərhədinin açılması və ölkə iqtisadiyyatının inkişafı üçün hər şeyi edəcəyəm”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR