İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış seysmoloqdan XƏBƏRDARLIQ: "Bu rayon köçürülməlidir, sağ qalma şansı yoxdur"

Türkiyədə baş verən son zəlzələlərdən sonra Mərmərə zəlzələsi yenidən gündəmə gəlib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ üzrə alim Naci Görür TV100-də qatıldığı proqramda mühüm xəbərdarlıqlar edib.

O, Tunceli və Elazığda zəlzələ təhlükəsi olduğuna diqqət çəkib.

Naci Görür bildirib ki, Bursanın Gemlik mahalı mütləq köçürülməlidir:

"Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimali Anadolu fayının üzərindədir. Ərazi dəniz qumu ilə doludur. Qaçmaq şansı yoxdur".

Onun sözlərinə görə, Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm irəliləyir:

"Mərmərə dənizi gərginlik altındadır. Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm hərəkət edir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR