Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Ararat bölgəsində yerli polis sui-qəsd törətməkdə şübhəli bilinənlərə qarşı “Zərərsizləşdirmə” adlı əməliyyatı keçirib.
Musavat.com xəbər verir ki, bu barədə “shamshyan.com” saytı məlumat yayıb.
Verilən informasiyalarda kriminal polisin baş şöbəsinə 38, 39 və 62 yaşlı 3 erməninin Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana keçərək məşhur bir şəxsi öldürməyə hazırlaşdıqları barədə əməliyyat məlumat daxil olduğu qeyd edilir.
İyunun 19-da İrəvan-Erasx avtomobil yolunda, Ararat qızıl çıxarma zavodunun yaxınlığındakı körpünün yaxınlığında polis əməkdaşları həmin şəxsləri zərərsizləşdirməyə müvəffəq olublar.
Erməni qaynaqlar ibtidai istintaqın hələ ki sui-qəsdçilərin və öldürmək istədikləri şəxsin adlarını açıqlamadığını bildirir.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ