Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məşhur iş adamı Kənan Koçak hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınıb.
Musavat.com xəbər verir ki, məlumatlara əsasən, onun saxlanılmasına “Sallarlar” cinayətkar qrupunun üzvlərindən birinin ölkədən qaçmasına yardım göstərməsi səbəb olub.
Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, Kənan Koçak populyar müğənni Merve Özbey ilə 2020-ci ildə ailə qurub. Cütlük iki övlad sahibidir.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ