İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aktrisa sevgilisini vəhşicəsinə qətlə yetirib: Başı tapılmır... + FOTO

Avstraliyanın ən məşhur realiti-şoularından biri olan "Beauty and the Geek Australia" ilə məşhurlaşan, eyni zamanda reklamlarda rol alan aktrisa Tamika Çesser qan donduran hadisə ilə gündəmə gəlib.

34 yaşlı Tamika Çesser sevgilisi 39 yaşlı Julian Story-ni qətlə yetirməkdə təqsirli bilinərək həbs edilib. İyunun 19-da polis onun mənzilinə yanğın xəbəri daxil olduqdan sonra Julian Story başsız və parçalanmış vəziyyətdə tapılıb.

Julianın başı parçalanma zamanı çıxarılıb, lakin geniş axtarışlara baxmayaraq, hələ də tapılmayıb.

Polis xəbər vermək üçün getdikləri mənzildə yanğın barədə onlara məlumat verən şahidlə söhbətini də çatdırıb.

Mənzildən tüstü çıxdığını gördüyünü bildirən şahid, şübhəli şəxs olan Chesser-i gördüyünü və onun nə etdiyini soruşduğunu söylədi. Qadın “heç nə” deyərək itlərini gəzməyə apardığını deyib və giriş qapısını kilidləyib.

Tamika Çesser həyətdəki stulda oturarkən polislər tərəfindən reaksiyasız vəziyyətdə tapılıb.

Çesserin həbsi zamanı itaət etdiyi bildirilir, lakin sevgilisinin başının harada olması barədə heç bir məlumat verməyib.

Çesser iyunun 27-də həbs qərarı ilə saxlandığı psixi sağlamlıq müəssisəsindən uzaq video vasitəsilə məhkəməyə gəlib. Onun zaminə buraxılması ilə bağlı müraciəti rədd edilib və növbəti iclas dekabr ayına qədər təxirə salınıb./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR