İnsanlara hürriyət, millətlərə istiqlal!

Talıbovun oğlu ilə bağlı SENSASİON detallar üzə çıxdı – Hafiz Hacıyevlə “Canlı debat”

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun gizli neft zavodu üzə çıxıb. Bu haqda siyasi şərhçi, əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz feysbuk profilində məlumat paylaşıb. Statusda aşağıdakılar qeyd olunub: “”Xanzadə” Seymurun İran Culfasında Azad iqtisadi zona adlanan yerdə mini neft ayırma zavodu ortaya çıxıb. Adam İrandan nefti alıb elə Culfadaca ayıraraq, Türkiyəyə, oradan isə hətta Şimali İraqa ixrac edirmiş. Dünyanın İrana qarşı sanksiyalar tətbiq etdiyi bir zamanda Seymur Talıbov bu biznesi ilə faktiki olaraq embarqonu dəlirmiş. Qeyd edim ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Senatın xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı demişdi: “Azərbaycana silah satışına sərbəstlik verilməsi sərhəd təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu, İrandan gələn transmilli təhlükələrə qarşı mühüm nəticələr verib və Cənubi Qafqaz, Rusiya və Avropaya qaçaqmalçılıq marşrutlarını pozub”.

Heydər Oğuz fikirlərini bu cür yekunlaşdırır: “Karen Donfridin bu sözlərinin işığında Seymur “müəllimin” İran Culfasında tikdirdiyi neft zavoduna baxanda qəribə bir səbəb-nəticə əlaqələri ortaya çıxır”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR