İnsanlara hürriyət, millətlərə istiqlal!

Talıbovların 30 milyard dollardan artıq sərvəti necə müsadirə ediləcək? – şok detallar “Canlı debat”da

Gözlənildiyi kimi, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasındakı (MR) 27 illik (1995-2022) hakimiyyəti başa çatdı. Ölkə rəhbərliyi ilə görüşmək, vəziyyəti dəyişmək üçün 8 gün Bakıda qonaqlayan Talıbovun son çırpıntıları da nəticəsiz qaldı və o, sonda istefa ərizəsi yazmağa məcbur edildi...

Şübhəsiz ki, Naxçıvan “xan”ının 27 illdən sonra taxtdan salınması Muxtar Respublika sakinlərinin ürəyincə oldu. Gələn xəbərlərə görə, bu qərar Naxçıvanda bayram kimi qeyd olunub, MR- nın dörd bir yanında ehsan paylanılıb, qurbanlar kəsilib.

Əlbəttə, Naxçıvan sakinlərinin bu sevinci əbəs yerə deyil. 27 ildir Naxçıvandakı absurd qadağalara, məmur özbaşınalığına, ədalətsiz mühitə dözən yerli sakinlər bu zülmün bitəcəyi günü səbirsizliklə gözləyirdilər. Çox gec olsa da, həmin gün yetişdi və Naxçıvanın sonuncu “xan”ı layiq olduğu tərzdə tarixin tozlu səhifələrinə göndərildi.

Ancaq Talıbovların ailə hakimiyyəti başa çatsa da, DTX-nin hələ Muxtar Respublikada döyəcəyi çox qapı, ortaya çıxaracağı sayısız-hesabsız korrupsiya və cinayət əməlləri var. Hər kəsə məlumdur ki, bu müddət ərzində Naxçıvanda dövlət və şəxsiyyət əleyhinə yüzlərlə cinayət hadisəsi baş verib.
Artıq yerli mətbuatda Talıbovun həbs ediləcəyi ilə bağlı söz-söhbətlər dolaşmağa başlayıb. Bəzi iddalarda isə Talıbovun qanunsuz yolla sahib oldğu var-dövlətin bir qismini dövlətə qaytardığı və bu yolla özünü bir növ sığortaladığı bildirilir.

Uzun illərdir Naxçıvanı idarə edən Talıbovların nəinki ölkə daxilində, hətta xaricdə də milyonlarla dollarlıq bahalı mülklərinin olduğu deyilir. Bu barədə mətbuatda gedən xəbərlərə görə, Talıbov və onun övladları dövlətdən oğurladıqları vəsaitlər hesabına xarici ölkələrdə (Əsasən Dubay və Batumi şəhərlərində-red.) 100 milyonlarla dəyəri olan mülklərə sahibləniblər.

Yerli mətbuatda gedən xəbərlərə görə, Talıbovlar Naxçıvanda yaratdıqları monopoliya ilə 30 milyard dollardan artıq qazanc əldə ediblər. Hazırda Talıbovların Naxçıvanda, paytaxt Bakıda və müxtəlif ölkələrdə sayısız-hesabsız mülkləri, əmlakları və obyektləri mövcuddur.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının aparıcılığı ilə “Canlı debat” verilişində Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR